“Twitter”in adı dəyişir
İ.Mask bununla bağlı paylaşım edib

Amerikalı milyarder İlon Mask ona məxsus olan tviter sosial şəbəkəsinin adını dəyişmək planını təsdiqləyib.
TASS xəbər verib ki, İ.Mask bununla bağlı paylaşım edib.
"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının “X” olaraq dəyişdiriləcəyini yazmışdı. Amerikalı sahibkar bunun doğru olduğunu bir daha təsdiqləyib.
Qeyd edək ki, 2023-cü ilin may ayında İlon Mask 6 həftə ərzində vəzifəsini tərk edəcəyini, həmçinin daha əvvəl “NBC Universal”da işləmiş Linda İaccarinonun tviterin baş direktoru təyin olunacağını açıqlamışdı . Daha sonra iş adamı bildirib ki, o, indi özünün də sahibi olduğu avtomobil istehsalçısı “Tesla”ya daha çox vaxt ayırmaq niyyətindədir.
L.İaccarinonun bu ay tviterin baş direktoru vəzifəsinə keçəcəyi gözlənilir.
Әlaqәli Xәbәrlәr

Şahzadə Diananın qoyunlu sviteri digər əşyalarından daha baha satıldı
Sviterin dizaynı Diananın Britaniya kral ailəsindəki yerinin simvolu kimi təsvir edilib