ABŞ-ın Nyu-York şəhəri çökür
“Advancing Earth and Space Science” (AGU) qrupu göydələnlərin başda Manhetten bölgəsi olmaqla şəhərin geoloji quruluşuna təsirini araşdırıb

ABŞ-ın Nyu-York şəhəri üzərindəki göydələnlərin ağırlığına görə hər il 1-2 millimetr çökür.
“Advancing Earth and Space Science” (AGU) qrupu göydələnlərin başda Manhetten bölgəsi olmaqla şəhərin geoloji quruluşuna təsirini araşdırıb.
Tədqiqatda 8 milyondan çox adamın yaşadığı Nyu-York şəhərinin bəzi yerlərində göydələnlərin kütləsi səbəbindən hər il dəniz səviyyəsinə doğru 1-2 millimetr çökmənin olduğu qeyd edilib.
Sözügedən çöküşün miqyası kiçik, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas etdiyi bildirilib.
Araşdırmada yazılır: “Sahil şəhərləri qlobal miqyasda böyüdükcə artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın təhlükəsinin artması deməkdir. Daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələridir”.
Nyu-Yorkdakı bütün binaların kütləsinin hesablandığı və Yerə tətbiq etdikləri təzyiq nəticəsində yaranan çökmənin modelləşdirildiyi araşdırmada peyk məlumatlarından şəhərdə müşahidə edilən çökmənin təfərrüatlı qrafik görüntüləri də yer alır.
Әlaqәli Xәbәrlәr

Seçici fəallığının ən yüksək olduğu ölkələr
OECD və Beynəlxalq Demokratiya və Seçkilərə Yardım İnstitutunun (İDEA) birgə məlumatına görə...