İngiltərə monarxiya tarixində ilklər olacaq

İngiltərə kilsəsinin ruhani mərkəzi Kenterbari (Canterbury) arxiyepiskopunun rəsmi ofisi olan Lambet Sarayı (Lambeth Palace) tacqoymanın liturgik hissəsi ilə bağlı təfərrüatları paylaşıb

1981189
İngiltərə monarxiya tarixində ilklər olacaq

 

  Mayın 6-da Vestminster (Westminster) katedralında İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində monarxiya tarixində ilk dəfə olaraq rahibələr (qadın keşişlər) də olacaq.

  İngiltərə kilsəsinin ruhani mərkəzi Kenterbari (Canterbury) arxiyepiskopunun rəsmi ofisi olan Lambet Sarayı (Lambeth Palace) tacqoymanın liturgik hissəsi ilə bağlı təfərrüatları paylaşıb.

  "Xidmət etməyə çağırıldı" adlı dini mərasimi Kenterbari arxiyepiskopu Castin Uelbi (Justin Welby) aparacaq.

  Mərasimin giriş hissəsindən əvvəl kilsəyə xristian konfessiyalarının dini başçıları, müxtəlif din və təriqətlərin rəhbərləri, kralın dövlət başçısı olduğu 15 ölkənin nümayəndələri və kilsə xoru daxil olacaq.

  Ardınca gələcək kral və kraliça gənclərə verdikləri əhəmiyyəti göstərmək üçün monarxiya tarixində ilk dəfə olaraq gənc bir kilsə xoru üzvü tərəfindən qarşılanacaq.

  Mərasimdə monarxiya tarixində ilk dəfə olaraq rahibələr iştirak edəcək.

  Dünyəvi və dini vəzifələri təmsil edən aksesuarlar (kral ləl-cəvahiratları) xristian olmayanlar tərəfindən krala təqdim olunacaq. Bu aksesuarları tacqoyma mərasimi zamanı krala Müsəlman, Yəhudi, Hindu və Siqh Lordlar Palatasının üzvləri təqdim edəcəklər.

  Müsəlman lordu Seyid Kamal tərəfindən krala qoluna taxılacaq manşetlər təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr