Hansı milyarderlərin sayı və sərvəti azaldı?

Amerikanın “Forbes” biznes jurnalı tərəfindən 37-ci dəfə dərc olunan “2023-cü il milyarderlər siyahısı”na görə...

1970334
Hansı milyarderlərin sayı və sərvəti azaldı?

 

  Amerikanın “Forbes” biznes jurnalı tərəfindən 37-ci dəfə dərc olunan “Milyarderlər siyahısı”na görə, 2023-cü ildə dünya üzrə milyarderlərin sayı 2022-ci ilə nisbətən 28 nəfər azalaraq 2640-a düşüb və ardıcıl ikinci eniş qeyd edilib.

  Milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.

  2022-ci ildə “Twitter”i yüksək qiymətə aldıqdan sonra “Tesla” şirkətinin səhmləri düşən İlon Mask (Elon Musk ) milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə enib. İ.Maskın sərvəti 2022-ci illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olub.

  Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.

  Milyarderlərin təxminən yarısının sərvəti bir il ərzində azalıb, ümumilikdə isə 254 nəfər milyarder statusunu itirib. Bu statusu itirənlər arasında fırıldaqçılıqda ittiham olunan, kripto pul birjası FTX-nin qurucusu və keçmiş baş icraçı direktoru Sem Benkman-Frid (Sam Bankman-Fried), FTX-nin keçmiş rəhbərlərindən Qeri Van (Gary Wang) və musiqiçi Kanye Vest (Kanye West) var.

  1. Amerika Birləşmiş Ştatları ümumi sərvəti 4,5 trilyon dollar olan 735 siyahı üzvü ilə “Ən çox milyarder olan ölkə” olmağa davam edir.
  2. Çin 2 trilyon dollarlıq sərvətlə 562 milyarderlə (Honq Konq və Makao daxil olmaqla) ikinci,
  3. Hindistan isə 675 milyard dollarlıq sərvət və 169 milyarderlə üçüncüdür.

  “2023-cü il milyarderlər siyahısı”na Türkiyədən 26 nəfər daxil olub. Erdemoğlu Holdinq İdarə Heyətinin sədri İbrahim Erdemoğlu 5,3 milyard dollarlıq sərvətlə Türkiyənin birinci, dünyanın isə 497-ci ən varlı adamı sayılıb.

  Qeyd edək ki, 2021-ci ildə “Forbes” tərəfindən dərc edilən “Milyarderlər siyahısı”ndakı adamların sayı 2755-ə yüksələrək rekord qırmış, “Covid-19” epidemiyasına baxmayaraq, milyarderlərin ümumi sərvəti 5 trilyon dollar artaraq 13,1 trilyon dollara çatmışdı.



Әlaqәli Xәbәrlәr