Uqandada “qiyamət” qorxusu ilə yüzlərlə xristian Efiopiyaya qaçıb
Şərqi Afrika ölkələrindən Uqandada olan Məsihin Həvariləri Kilsəsinə bağlı yüzlərlə xristian “qiyamət” qorxusundan Efiopiyaya keçib.

Şərqi Afrika ölkələrindən Uqandada olan Məsihin Həvariləri Kilsəsinə bağlı yüzlərlə xristian “qiyamət” qorxusundan Efiopiyaya keçib.
Polis sözçüsü Oskar Ogeca yüzlərlə uqandalı xristianın qiyamət qopacağı və bunun bölgələrinə təsirindən qorxaraq Efiopiyaya getdiyini söyləyib.
Ogeca bildirib ki, təriqət üzvləri qiyamətdən sonrakı Efiopiyada həyatın yenidən başlayacağına inanırlar.
Adı çəkilən təriqət üzvlərinin Efiopiyaya köçməzdən əvvəl bütün aktivlərini satdıqlarını bildirən Oqeca "Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamətdə yeganə təhlükəsiz yer olduğu düşüncəsilə Efiopiyaya getdilər" deyib.
Ogeca mövzuyla əlaqədar araşdırma başlatdıqlarını bildirib.
Qeyd edək ki, Uqandada yalan məlumatlarla liderlik edən bəzi təriqətlər bir çox insanın həyatını itirməsinə səbəb olur.
Әlaqәli Xәbәrlәr

Türkiyenin Van şəhərindəki pişik bağçasına turist axışır
Türkiyenin Van şəhərinə gələn turistlər ilk olaraq Van Pişik Bağçasını ziyarət edirlər.