Yaponiyada doğum nisbəti rekord həddə azalıb

Yaponiya, doğum nisbəti azaldığı üçün yaxın gələcəkdə yaşlılar ölkəsi ola bilər.

1941720
Yaponiyada doğum nisbəti rekord həddə azalıb

Şərqi Asiya ölkəsi Yaponiyada illik doğum sayı ilk dəfə 2022-ci ildə 800 mindən də az olub.

2023-cü ilin əvvəlinə olan məlumata görə, Yaponiyanın 124,77 milyonluq əhalisinin 29 faizi 65 yaşdan yuxarı, 11,6 faizi isə 0-14 yaş aralığındadır.

Yaponiya 65 və yuxarı yaşda olan ümumi əhalinin sayına görə dünyada birinci yerdədir. Bu ölkəni 24,1 faizlə İtaliya, 23,3 faizlə Finlandiya izləyir.

Yaponiyanın Baş naziri Kişida Fumio, doğum nisbəti azaldığı üçün ölkəsinin sosial funksiyalarını itirmək təhlükəsi ilə üz-üzi gəldiyini, bunun qarşısını almaq üçün lazımlı tədbirlərin həyata keçiriləcəyini, həmin çərçivədə hökumət yayında Uşaq və Ailə Agentliyinin aprel ayından fəaliyyətə başlayacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr