Aya ayaq basan ikinci kosmonavt ad günündə evləndi
“Twitter” hesabından etdiyi paylaşımda Edvin Bazz Oldrin (Edwin Buzz Aldrin) deyib...

Aya ayaq basan ikinci kosmonavt kimi tarixə düşən Edvin Bazz Oldrin (Edwin Buzz Aldrin) 93-cü ad günündə evləndiyini açıqlayıb.
“Twitter” hesabından etdiyi paylaşımda 93 yaşında uzun müddətdir sevdiyi doktor Anca Faurla Los-Ancelesdə kiçik bir mərasimlə evləndiklərini bildirən Edvin deyib: "Sevgilisi ilə qaçan gənclər kimi həyəcanlıyıq".
Həyat yoldaşı Faur Edvindən 30 yaş kiçikdir. Kosmonavt ondan əvvəl 3 dəfə evlənib.
Xatırladaq ki, Edvin Bazz Oldrin 20 iyul 1969-cu ildə “Apollo-11” kosmos uçuşu ilə Aya səyahət edib və Nil Armstronqdan (Neil Armstrong) sonra Aya ayaq basan ikinci kosmonavtdır.
Әlaqәli Xәbәrlәr

Brüssel bu il günəşi görmədi
Belçikanın paytaxtı Brüsseldə bu il günəş cəmi 28 saat 4 dəqiqə üzünü göstərib.

Aya ayaq basan ikinci kosmonavt ad günündə evləndi
“Twitter” hesabından etdiyi paylaşımda Edvin Bazz Oldrin (Edwin Buzz Aldrin) deyib...