Birgi "2022 Dünyanın Ən Gözəl Kəndləri" siyahısında

"2022 Dünyanın Ən Gözəl Kəndləri” mükafatları 27-28 fevral tarixlərində Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.

1922509
Birgi "2022 Dünyanın Ən Gözəl Kəndləri" siyahısında
izmir odemis birgi koyu.jpg
izmir odemis birgi koyu.jpg
izmir odemis birgi koyu.jpg
izmir odemis birgi koyu.jpg
izmir odemis birgi koyu.jpg

İzmir vilayətinin Ödəmiş rayonunun Birgi məhəlləsi mərkəzi ofisi İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (BMDTÖ) açıqladığı "2022 Dünyanın Ən Gözəl Kəndləri" siyahısına daxil olub.

Eramızdan əvvəl 750-ci ildən yaşayış məntəqəsi kimi istifadə edildiyi bildirilən Birgi Aydınoğulları dövrünə məxsus memarlıq faktoru ilə hər il minlərlə ziyarətçini qonaq edir. Birgidə Frigiya, Lidiya, Fars, Perqamon, Roma və Bizans dövrlərinin izlərinə təsadüf etmək də mümkündür.

Birgidəki malikanələr də film çəkilişlərinə ev sahibliyi edir.

2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) Ümumdünya İrs Siyahısına daxil edilən Birginin 2022-ci il üçün hazırlanan siyahıda dünyanın ən yaxşı 32 kəndindən biri olaraq seçilməsinin kəndin tanınmasına töhfə verməcəyinə ümid edilir.
"2022 Dünyanın Ən Gözəl Kəndləri” mükafatları 27-28 fevral tarixlərində Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr