Bu ölkə də laboratoriyada istehsal edilən toyuq ətinin istehlakına icazə verdi

Laboratoriyada istehsal edilən toyuq ətinin insan istehlakına ilk dəfə ABŞ-da icazə verilib.

1908936
Bu ölkə də laboratoriyada istehsal edilən toyuq ətinin istehlakına icazə verdi

BBC Türkcənin xəbərinə görə, Amerika Qida və Dərman İdarəsi (FDA)  canlı toyuq hüceyrələrindən istehsal edilən toyuqların satışını təsdiqləyib.

Laboratoriyada istehsal olunan toyuq, canlı heyvanlardan alınan hüceyrələrlə əldə edilir.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sinqapur laboratoriyada yetişdirilmiş zülal satışını təsdiqləyən ilk ölkə oldu.

Qeyd edək ki, Life Cycle tərəfindən aparılan araştırmalara görə laboratoriyada istehsal olunan ət, 2040-cı ilə qədər qlobal ət bazarının 35 faizini təşkil edəcək.



Әlaqәli Xәbәrlәr