ABŞ-da ən yaşlı qadın ad gününü keçirdi

Herontoloqlar onu hazırda dünyanın dördüncü ən yaşlı insanı hesab edirlər

1905664
ABŞ-da ən yaşlı qadın ad gününü keçirdi

 

  ABŞ-da ən yaşlı qadın kimi tanınan Ayova ştatından olan Bessi Hendriksin 115 yaşı tamam olub.

  "United Press İnternational" agentliyi xəbər verir ki, Bessi Hendriks yubileyini Leyk-Siti şəhərində yerləşən qocalara xidmət mərkəzində ziyafətlə qeyd edib. Tədbirə yubilyarın bir gün öncə 90 yaşı tamam olmuş qızı Joan Şaffer də daxil olmaqla, hər üç övladı qatılıb.

  Bessi Hendriks 115 il və 108 gün ömür sürmüş Telma Satklifin vəfatından sonra bu ilin əvvəlində ABŞ-ın ən yaşlı qadını tituluna yiyələnib. Herontoloqlar onu hazırda dünyanın dördüncü ən yaşlı adamı hesab edirlər.



Әlaqәli Xәbәrlәr