“Wagner” niyə quruldu?

Qeyd edək ki, “Wagner” qrupu Suriya, digər ərəb ölkələrində, o cümlədən Afrika və Latın Amerikasında da fəaliyyət göstərib

1884692
“Wagner” niyə quruldu?

 

  Rusiya Prezident Aparatının "Kremlin aşpazı" kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin Rusiya təhlükəsizlik şirkəti “Wagner”i Donbasdakı toqquşmalar səbəbiylə 1 may 2014-cü ildə qurduğunu açıqladı.

  Y.Priqojin özünün "Konkord" şirkəti vasitsilə verdiyi yazılı şərhdə “Wagner”in yaranma səbəbilə bağlı açıqlama verib: “2014-cü ildə qarşıdurmalarla əlaqədar Ukraynanın şərqindəki Donbas vilayətinə getdim. Köhnə silahları təmizlədim, güllə keçirməyən yeləklərlə işlədim və bu mövzuda kömək edə biləcək mütəxəssislərlə tanış oldum. Bu qrup Luqansk və Donetskin taleyini dəyişdirdi.”

  Qeyd edək ki, “Wagner” qrupu Suriya, digər ərəb ölkələrində, o cümlədən Afrika və Latın Amerikasında da fəaliyyət göstərib.



Әlaqәli Xәbәrlәr