Efiopiya 2015-ci ilə qədəm qoydu

Öz təqvimi və saat sistemindən istifadə edən ölkədə enkutata adlanan ilin birinci günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur

1878455
Efiopiya 2015-ci ilə qədəm qoydu

 

  Şərqi Afrika ölkələrindən biri olan Efiopiya 11 sentyabrda 2015-ci ilə qədəm qoydu.

  Son 2 ildə qarşıdurma və siyasi böhranla mübarizə aparan ölkədə siyasətçilər və dini başçılar Yeni il üçün sülh mesajları paylaşıblar.

  Öz təqvimi və saat sistemindən istifadə edən ölkədə enkutata adlanan ilin birinci günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.

  Efiopiyanın baş naziri Abiy Əhməd ​​gələcəyə ümidlə baxdıqlarını ifadə edərək xalqını yeni ildə ölkənin daha yaxşı gələcəyə töhfə verəcək səylərin bir parçası olmağa çağırıb.

  Qeyd edək ki, Günəşə əsaslanan və Qriqorian təqvimindən 7 il 8 ay geri qalan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, Efiopiya dövləti tərəfindən bütün rəsmi işlərdə istifadə olunur. Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Gün 12 saatlıq iki fərqli hissədən ibarət olsa da, birinci saat qurşağı 06:00, ikincisi 18:00-da başlayır.

  Efiopiya təqvimində ilk 12 ay 30 gündən ibarət olduğu halda, 5-6 gündən ibarət 13-cü ay da var. Bu təqvimə görə, yeni il sentyabrın 11 və ya 12-sinə düşür.



Әlaqәli Xәbәrlәr