Gənclər neçə yaşında evlərini tərk edir?

Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ ölkələrində gənclərin öz evlərində yaşamağa başladıqları orta yaş haqqında hesabat yayıb

1875419
Gənclər neçə yaşında evlərini tərk edir?

 

  Avropa İttifaqı (Aİ) ölkələrində gənclər orta hesabla 26,5 yaşında ailələrini tərk edərək ayrı evə köçürlər.

  Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ ölkələrində gənclərin öz evlərində yaşamağa başladıqları orta yaş haqqında hesabat yayıb. Məlum olub ki, Avropa gəncləri orta hesabla 26,5 yaşında valideynlərini tərk edir.

  Qızlar oğlanlardan daha tez evdən köçürlər.

  Avropada qızlar orta hesabla 25,5, oğlanlar isə 27,4 yaşında ailələrindən ayrı yaşamağa başlayır.

  Aİ ölkələri arasında İsveçdə gənclər evlərini ən erkən yaşda – 19 yaşında tərk edir. Ondan sonra 21,2 yaşda Finlandiya, 21,3 yaşda Danimarka, 22,7 yaşda Estoniya, 23,3 yaşda Hollandiya, 23,6 yaşda Almaniya və Fransa gəncləri gəlir.

  Ata-ana ocağını nisbətən gec tərk edənlər də var. Portuqaliyada 33,6, Xorvatiyada 33,3, Slovakiyada 30,9, Yunanıstanda 30,7, Bolqarıstanda 30,3, İtaliyada 29,9, Malta və İspaniyada isə 29,8 yaşa qədər gənclər doğulduqları evdə qalmağa üstünlük verirlər.

  “Eurostat 2020” məlumatlarına görə, Türkiyədə gənclər 27,8 yaşında ayrı evə çıxırlar: oğlanlar 29,8, qızlar 25,8 yaşında.



Әlaqәli Xәbәrlәr