38 il əvvəl itkin düşən əsgərin qalıqları tapılıb

Himalay silsilə dağlarında Siachen buzlaqı bölgəsində patrul xidməti apararkən qar uçqunu nəticəsində itən əsgərin qalıqları 38 ildən sonra tapılıb.

1868396
38 il əvvəl itkin düşən əsgərin qalıqları tapılıb

Uttarxand əyalətinin yüksək vəzifəli rəsmisi Maniş Kumar bu barədə açıqlama verib. Bildirib ki, 38 il əvvəl yoxa çıxan Çandraşexar Harbola adlı əsgərin qalıqları tapılıb. Mərhumun şəxsiyyəti nişanındakı nömrədən müəyyən edilib.

Qeyd edək ki, Harbola 1984-cü ildə Siachen buzlaqında patrul əməliyyatı zamanı uçqun altında qalıb və yoxa çıxıb.

 



Әlaqәli Xәbәrlәr