Hamilə qadın çayın ortasında qayıqda doğdu

Dalğalarla sürüklənən qayıqdakı mühacirlər Türkiyə sərhəd xidməti işçiləri tərəfindən xilas edilib...

1863147
Hamilə qadın çayın ortasında qayıqda doğdu

 

  Yunanıstan üzərindən Avropaya keçmək istəyən hamilə mühacir yunanlar tərəfindən geri itələndikdə Meriç çayında doğmalı olub.

  Türkiyənin Ədirnə rayonunda Meriç çayından Yunanıstan qüvvələri tərəfindən sıxışdırılan qeyri-qanuni mühacirlər arasında olan Əfqanıstan əsilli Süheyla Rizai çayın ortasında qayıqda uşaq dünyaya gətirib.

  Dalğalarla sürüklənən qayıqdakı mühacirlər Türkiyə sərhəd xidməti işçiləri tərəfindən xilas edilib, köməksiz vəziyyətdə qalan qadın və doğduğu körpəsinə xəstəxanada tibbi yardım göstərilib.

  Ana və körpənin sağlıq vəziyyətinin yaxşı olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr