Cəsarətli dalğıclar Mostar körpüsündən atılıblar

Ənənəvi yarış çərçivəsində cəsarətli dalğıclar Mostar körpüsündən atılıblar.

1862221
Cəsarətli dalğıclar Mostar körpüsündən atılıblar

Ənənəvi yarış çərçivəsində cəsarətli dalğıclar Mostar körpüsündən atılıblar.

Bazar günü keçirilən ənənəvi su tullanma yarışında dalğıclar tarixi Mostar körpüsündən tullanıb və mindən çox tamaşaçı tərəfindən izlənilib.

Yarışı izləyən tamaşaçılar Bosniyanın cənubunda hər il keçirilən bu yarışda iştirak edən dalğıcları UNESCO-nun Dünya İrs siyahısında olan bu 23 metr hündürlüyündəki tarixi binadan soyuq və sürətlə axan Neretva çayına tullanmalarını alqışlayıblar. 

Müsabiqənin təşkilatçılarının verdiyi məlumata görə, bazar günü tədbir 1566-cı ildə Osmanlılar tərəfindən orjinal şəkli ilə tikilmiş Köhnə Körpüdə 456-cı dəfə keçirilib.

Körpü 1992-95-ci illər arasındakı Bosniya müharibəsi zamanı dağıdılıb, lakin döyüşlər bitdikdən sonra etina ilə yenidən tikilib.


Etiketlәr: #Mostar körpüsü

Әlaqәli Xәbәrlәr