Dünyanın ən böyük çəhrayı almazı Anqolada tapıldı

Avstraliyanın “Lucapa Diamond” şirkəti Anqolanın şimal-şərqindəki Lulo mədənində son 300 ildə kəşf edilən ən böyük (170 karatlıq) çəhrayı almazı tapıb.

1860227
Dünyanın ən böyük çəhrayı almazı Anqolada tapıldı

TRT   xəbər verir  ki, bu barədə Anqolanın Mineral Ehtiyatlar Naziri Diamantino Azevedo bildirib: “Lulodan tapılan bu möhtəşəm çəhrayı almaz Anqolanı dünya səhnəsində mühüm oyunçu kimi göstərəcək”.

Bildirilir ki, Anqola dövlətinə məxsus almaz ölkənin ticarət firması olan “Sodiam” tərəfindən keçiriləcək beynəlxalq tenderlə satışa çıxarılacaq.



Әlaqәli Xәbәrlәr