Misirdə daha iki qadın köpək balığının qurbanı oldu

Misirin Səhl əl-Həşiş bölgəsində köpək balığının hücumu nəticəsində iki qadın həyatını itirib.

1851422
Misirdə daha iki qadın köpək balığının qurbanı oldu

TRT-nin “Məsrəvi” saytına istinadla verdiyi xəbərinə görə köpək balğı hücumunda həyatını itirən 2 qadının hansı ölkə vətəndaşı olduqlarına dair məlumat yayılmayıb. Misirin Ətraf Mühit Nazirliyi hadisədən sonra verdiyi açıqlamada həyatını itirənlərin ailələrinə başsağlığı verib. Hadisənin cərəyan etdiyi ərazidə bütün fəaliyyətlər müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, ötən gün də eyni bölgədə bir avstriyalı qadın turist köpək balığının hücumu nəticəsində həyatını itirib.



Әlaqәli Xәbәrlәr