“Putin zarafatı”na lağlağı cavab

... Bu arada isə G7 ölkələri başçıları Rusiya prezidenti Putinin zarafatına lağlağı şəkillə cavab veriblər

1848598
“Putin zarafatı”na lağlağı cavab

 

  Dünyanın gözü və qulağı Ukrayna müharibəsi də daxil olmaqla bir çox qlobal məsələlərin müzakirə ediləcəyi, Almaniyada başlayan G7 sammitindədir.  

  Almaniyanın Bavariya əyalətindəki Elmau sarayında G7 Liderlər Zirvə Toplantısı işə başlayıb. Sammitin əsas mövzuları Rusiyanın təcavüzü, Rusiyaya qarşı sanksiyalar, NATO-nun rolu, iqlim, davamlı investisiyalar, qlobal ərzaq təhlükəsizliyi, qlobal sağlamlıq, epidemiya, beynəlxalq təşkilatların problemlərin həllində qətiyyəti və birgə əməkdaşlıq məsələləridir.

  Bu arada isə G7 ölkələri başçıları Rusiya prezidenti Putinin zarafatına lağlağı şəkillə cavab veriblər.

  Xatırladaq ki, sərt lider imici ilə tanınan Vladimir Putinin Sibirdəki tətilinin görüntüləri Kreml tərəfindən tez-tez ictimaiyyətlə paylaşılır. G7 başçıları da ona cavab fotosu paylaşıblar ki, bu da Kreml tərəfindən yayılıb.



Әlaqәli Xәbәrlәr