Bred Pitt qəsrinin bağçasında xəzinə axtardığını etiraf edib

Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə məhkəməlik olduğu Fransanın Var bölgəsindəki 60 milyon dollarlıq Miraval qəsrində bir il ərzində xəzinə axtardığını etiraf edib.

1847404
Bred Pitt qəsrinin bağçasında xəzinə axtardığını etiraf edib

Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə məhkəməlik olduğu Fransanın Var bölgəsindəki 60 milyon dollarlıq Miraval qəsrində bir il ərzində xəzinə axtardığını etiraf edib.

"GQ" jurnalına müsahibə verən Bred Pitt bildirib ki, bir nəfər ona qəsrinin bağçasında milyonlarla dollar dəyərində böyük bir xəzinənin basdırıldığını deyib.

Radar avadanlığı aldığını açıqlayan Pitt bir il ərzində qəsrinin bağçasında xəzinə axtardığını və ona aludə olduğunu bildirib.

"Bir il ərzində düşündüyüm tək şey xəzinə idi" deyən Pitt xəzinə ovu ilə bağlı vəsvəsəsinin böyüdüyü yerlə bağlı ola biləcəyini bildirərək, uşaqlıq illərində qızıl tapmaq hekayələri ilə böyüdüyünü qeyd edib. 

Pitt "Xəyali xəzinədən danışan şəxsin niyyətini gec də olsa anladığını və sahibi olduğu şirkətdən radar avadanlığı almaq üçün onu aldatdığını etiraf etdiyini" deyib. 

O "Özümü olduqca axmaq hiss edirdim, amma etiraf edim ki, xəzinə ovu çox həyəcanlı idi" deyə bildirib. 

Hollivud ulduzu keçmiş həyat yoldaşı Coli ilə boşandıqdan sonra psixi problemləri olduğunu da deyib.

Yuxularında davamlı olaraq bıçaqlandığını bildirən Pitt çox uzun müddət olmasa da depressiyaya düşdüyünü də vurğulayıb. 

Pitt İslam alimi Mövlananın “Doğru ilə batildən kənar bir yer var, səninlə orada görüşəcəyik” misralarını təkrarlayaraq, özünü tənha, qəlbi qırıq hiss etdiyini və həyatın mənasını hər zaman şübhə altına aldığını dilə gətirib.



Әlaqәli Xәbәrlәr