Velosipedlərdə pedal çevirərək telefonu pulsuz doldurmaq imkanı
Belçikanın paytaxtı Brüsseldə sərnişinlərə qatar stansiyasında yerləşdirilmiş sabit yüklü (şarjlı) velosipedlərlə pedal çevirərək telefonlarını pulsuz doldurmaq imkanı təklif edilir

Belçikanın paytaxtı Brüsseldə sərnişinlərə qatar stansiyasında yerləşdirilmiş sabit yüklü (şarjlı) velosipedlərlə pedal çevirərək telefonlarını pulsuz doldurmaq imkanı təklif edilir.
Cənub qatar stansiyasında 4 stasionar velosipedlə pedal çevirməklə elektrik enerjisi əldə oluna bilir. Bu velosipedlərlə qatarını gözləyərkən sərnişinlər pedal çevirərək öz elektrik enerjisini təmin edir, telefon, planşet və ya noutbuk kimi mobil cihazlarını doldururlar.
Həm pulsuz, həm də təmiz enerji əldə edən sərnişinlər bununla həm də idman etmiş olurlar.
Qeyd edək ki, Belçika milli dəmir yolu şirkəti - SNCB tərəfindən qatar stansiyasında yerləşdirilmiş enerji dolduran velosipedlərdə pedal çevirməklə 230 volt və 150 vata qədər elektrik enerjisi əldə oluna bilir.
Әlaqәli Xәbәrlәr

Misirdə daha iki qadın köpək balığının qurbanı oldu
Misirin Səhl əl-Həşiş bölgəsində köpək balığının hücumu nəticəsində iki qadın həyatını itirib.