Optimizm məşq qədər ömrü uzata bilər

ABŞ-da aparılan bir araşdırma, ən optimist insanların 90 yaşından sonra yaşama ehtimalının ən az nikbin olan insanlara müqayisidə 10 faiz daha çox olduğunu ortaya qoydu.

1841099
Optimizm məşq qədər ömrü uzata bilər

Harvard və Boston Universitetlərindən bir qrup alim tərəfindən aparılan və 159255 qadının daxil edildiyi araşdırmanın nəticələri “Journal of the American Geriatrics Society”-də dərc olunub.

Alimlər müayinələr nəticəsində nikbinliyin insan ömrünü 5,4% faiz, yəni orta hesabla 4,4 il artırdığı qənaətinə gəliblər.

İdmanın sağlamlıq üçün vacib olduğu mövzusunda əksəriyyətin həmfikir olduğunu və müntəzəm idmanın insan ömrünü 0,4-4,2 il uzatdığını xatırladan elm adamları nikbinliyin də idman qədər faydalı olduğunu və ömrü artırdığını vurğulayıblar.



Әlaqәli Xәbәrlәr