Brüsseldə Rusiya ilə bağlı küçə və prospektlərin adları dəyişdirilir

Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Belçikanın paytaxtı Brüsseldə Rusiya ilə bağlı küçə və prospektlərin adlarının dəyişdirilməsi planlaşdırılır.

1823178

Brüsselin mərkəzi və Saint Gilles bələdiyyələrinin müşavirləri şəhərdəki “Rusiya küçəsi” və “Stalinqrad küçəsi” adlarının dəyişdirilməsini təklif ediblər.

Rusiya küçəsinin “Ukrayna küçəsi” adlandırılması təklif edilib.

Təkliflə çıxış edən şəhər şurasının üzvləri Aİ-nin paytaxtı kimi tanınan Brüsselin Rusiyaya qarşı daha çox səsini ucaltmasının lazım olduğunu və bu cür simvolik hərəkətlərlə Ukraynaya dəstək verməsini istəyiblər.

Saint Gilles Bələdiyyə Məclisinin üzvü Mark Naether "Avropalılar olaraq qapımızdakı humanitar dram qarşısında səssiz qala bilmərik. Biz ukraynalılara ümid mesajı vermək və onları dəstəklədiyimizi xatırlatmaq istəyirik" deyib.

Rusiya küçəsi və Stalinqrad küçəsi Brüsselin mərkəzində insanların sıx olduğu ərazidə yerləşir.

Әlaqәli Xәbәrlәr