Yaponlar Ramazan və İslam ənənələrilə bağlı fikirlərini bölüşdülər

Gün ərzində məscid şəhərciyində təşkil edilən mədəniyyət turuna qatılan yaponlar namazdan əvvəl iftar açaraq tanımadıqları insanlarla bir masa arxasında əyləşiblər

1821090
Yaponlar Ramazan və İslam ənənələrilə bağlı fikirlərini bölüşdülər
japon tokyo cami.jpg
japon tokyo cami.jpg
japon tokyo cami.jpg
japon tokyo cami.jpg

 

  Yaponiya xalqı Tokio Məscidi Dini Türk Mədəniyyət Mərkəzində (Tokyo Camisi Diyanet Türk Kültür Merkezinde) verilən iftarlarda Ramazan ayı həyəcanını izləmək fürsəti qazanıb.

  Türkiyə Diyanət İşləri İdarəsinə bağlı Tokio məscidi Ramazan ayı boyu paytaxtda yaşayan müsəlmanlarla qeyri-müsəlman yapon xalqını iftarlarda bir araya gətirib.

  Gün ərzində məscid şəhərciyində təşkil edilən mədəniyyət turuna qatılan yaponlar namazdan əvvəl iftar açaraq tanımadıqları insanlarla bir masa arxasında əyləşiblər.

  Məscid, oruc tutmaq kimi İslam ənənələri ilə maraqlanan yaponlar iftarlarda Türkiyə mətbəxilə ilə də yaxından tanış olmaq fürsəti qazanıblar.

  Duyğularını Aya adlı yapon xanım belə paylaşıb: “Fərqli mədəniyyət görmək üçün gəldiyim məsciddə “əqidə kimliyi"ni də araşdırmış oldum”.

  Yaponiyalı müəllim Seki isə məsciddə oruc tutan və tutmayan insanları bir araya gətirən atmosferi “xüsusi təcrübə” adlandırıb.

  Logistika işçisi Keyta məscidə ilk dəfə getdiyini, oruc tutmaqla çoxdan maraqlandığını və ayrı-ayrı mədəniyyətləri öyrənməyin əhəmiyyətli olduğunu söyləyib.

  İslama olan marağına görə məscidə getdiyini söyləyən Şiyozuka Ramazan, iftar günlərində müsəlman dinini öyrənməyə həvəsinin daha da artdığını bildirib.

  Təqaüdçü müəllim Mariko “Belə gözəl məkanda hamının həmrəylik içində nahar edə bilməsi heyrətamizdir” deyib.



Әlaqәli Xәbәrlәr