İngiltərədə uşaqlarda "müəmmalı" və "səbəbi qeyri-müəyyən" xəstəlik

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) verdiyi məlumata görə...

1814703
İngiltərədə uşaqlarda "müəmmalı" və "səbəbi qeyri-müəyyən" xəstəlik

 

  İngiltərədə 74 uşaqda görünən və səbəbi müəyyən edilə bilməyən hepatit virusu Avropa ölkələri və ABŞ-a da yayılıb.

  Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) verdiyi məlumata görə, İngiltərədə eyni hepatit halları Danimarka, İrlandiya, Hollandiya və İspaniyada bir neçə uşaqda aşkar edilib.

  ABŞ-ın Alabama ştatında 1-6 yaş arası 9 uşaqda İngiltərədə hepatit hallarının birində aşkarlanan və yuxarı tənəffüs yollarına təsir edən adenovirusun olduğu qeydə alınıb.

  ECDC Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə sözügedən hepatit virusunun mənbəyini araşdırmaqda davam edir.

  Ümumdünya Səhiyyə Təşkilatı aprelin 16-da verdiyi yazılı açıqlamada Şotlandiyada yaşı 10-dan aşağı olan 10 uşaqda ağır hepatit olduğu, İngiltərədə isə 74 uşaqda mənşəyi bilinməyən bu hepatit virusunun aşkar edildiyini bildirib.

  Virus aşkarlanan uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlar müşahidə edilir, bəzən ağır qaraciyər iltihabı olur və qaraciyər transplantasiyası ilə müalicə alınır.

  Xəstəlik "müəmmalı" və "səbəbi qeyri-müəyyən" olaraq təyin edilib.

  ÜST bəzi hepatit hallarında “Covid-19”un da aşkar edildiyini bildirib.

  Xatırladaq ki, adı çəkilməzdən əvvəl “Covid-19” “sirli ağciyər xəstəliyi” adlandırılmışdı.



Әlaqәli Xәbәrlәr