"Huşsuz yaşlı adam" və “dili sürüşkən” prezident

“Channel News Asia” televiziyası Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərdə Ukraynanın Buça şəhərində mülki vətəndaşların öldürülməsinə reaksiya verən Co Bayden üçün bu ifadələri işlədib

1810046
"Huşsuz yaşlı adam" və “dili sürüşkən” prezident

 

  Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlər törətdiyini söyləyən ABŞ prezidenti Co Baydeni “huşsuz yaşlı adam” adlandırıb.

  “Channel News Asia” televiziyası Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərdə Ukraynanın Buça şəhərində mülki vətəndaşların öldürülməsinə reaksiya verən Co Bayden üçün "bitmiş yaşlı adam", “dili sürüşkən prezident” ifadələrini işlədib, “belə bir adamın hakimiyyətdə olduğu ABŞ-ın gələcəyi qaranlıqdır” və "bu cür bəyanatları yalnız təcavüz və sui-qəsddə mahir olan yankilərin (Yankees) nəsilləri verə bilər" deyib.

  Xatırladaq ki, Şimali Koreyanın dövlət mediası KCNA əvvəllər də xarici dövlət başçılarını təhqir edən ifadələrə yer verib. Hətta rəsmi Pxenyan administrasiyası ABŞ-ın əvvəlki prezidenti Barak Obama üçün “tropik meşə meymunu” bənzətməsini işlətmişdi.



Әlaqәli Xәbәrlәr