Kolumbiyada minlərlə adam abortla bağlı yeni qərara etiraz bildirdi

Qərar yaşıl paltar geyinən feminist və solçular tərəfindən sevinclə qarşılansa da, qarşı tərəfin kəskin reaksiyasına səbəb olub

1787128
Kolumbiyada minlərlə adam abortla bağlı yeni qərara etiraz bildirdi

 

  Kolumbiyada minlərlə adam Konstitusiya Məhkəməsinin hamiləliyin 24-cü həftəsinə qədər abortu cinayət hesabından çıxarmaq qərarına etiraz edib.

  Paytaxt Boqota başda olmaqla, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan abort əleyhinə qruplar şüarlar ataraq Konstitusiya Məhkəməsinə reaksiya verib.

  Nümayişçilər öz münasibətlərini daşıdıqları pankart və plakatlarda “Günahsızları öldürmək hüquq və azadlıq deyil” və “Tibb insanların həyatını xilas etmək üçün yaradılıb” sözləri ilə ifadə ediblər.

  Sosial Həmrəylik Araşdırmalar İnstitutunun rəhbəri Samuel Angel mətbuata verdiyi açıqlamada bildirib: “Abortun 6-cı aya qədər edilə bilməsi cəmiyyətdə ciddi hiddətə səbəb olub. Konstitusiya Məhkəməsi konstitusiyanın ona vermədiyi qanunvericilik funksiyalarını öz üzərinə götürərək parlamentin funksiyalarını qəsb edib”.

  Qeyd edək ki, fevralın 22-də Konstitusiya Məhkəməsinin Baş Assambleyasında müzakirə edilən Cinayət Məcəlləsi 5 lehinə, 4 əleyhinə səslə qəbul edilərək hamiləliyin 24-cü həftəyə qədər könüllü olaraq kəsilməsi qanuniləşib.

  Qərar yaşıl paltar geyinən feminist və solçular tərəfindən sevinclə qarşılansa da, qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.



Әlaqәli Xәbәrlәr