“Tesla” "tam özünü idarə edən" minlərlə avtomobilini geri çağıracaq

Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə...

1772513
“Tesla” "tam özünü idarə edən" minlərlə avtomobilini geri çağıracaq

 

  Elektrikli avtomobil istehsalçısı “Tesla” müəyyən şərtlər altında kəsişmələrdə həmişə tam dayanmadığı üçün "tam özünü idarə edən" xüsusiyyətə malik 53.822 avtomobili geri çağıracaq.

  Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, bu qərar şirkətin “Full Self-Driving Beta” (FSD Beta) proqramı ilə təchiz edilmiş S, X, 3 və Y model avtomobillərinə şamil ediləcək.

  Agentlik bildirib ki, yardım funksiyası avtomobillərin kəsişmələrdə tamamilə dayanmaq əvəzinə bəzən yolda durmasına səbəb olur və təhlükəsizlik riski yaradır.

  “Tesla” yanvar ayında NHTSA nümayəndələri ilə görüşlərdən sonra bu funksiyanı ləğv etməyə razılaşdı.

  Fevralın sonundan onlayn olaraq buraxılması planlaşdırılan proqram təminatı yeniləməsinin bir hissəsi olaraq “yaylanma dayanacaqları" proqramdan silinəcək.



Әlaqәli Xәbәrlәr