Dünyanın ən yaşlı erkək qorillası öldü

TRT xarici mediaya istinadən xəbər verir ki, Atlata Zooparkında yaşayan Ozzi 61 yaşında ölüb.

1768586
Dünyanın ən yaşlı erkək qorillası öldü

Zooparkın açıqlamasına görə, ötən həftədən bəri iştahı azalan Ozzidə ölümündən 24 saat əvvəl üz şişməsi, halsızlıq və yeməklə sudan imtina kimi hallar müşahidə edilib.

Qorillanın dəqiq ölüm səbəbi isə tibbi ekspertizadan sonra bilinicək.

Qeyd edək ki, Ozzi heyvanlar aləmində həqiqi əfsanə olaraq bilinirdi. O, orijinal qorillalar nəslinin yaşayan son nümayəndəsi idi.



Әlaqәli Xәbәrlәr