Dünyanın ən yaşlı kişisi vəfat edib
Dünyanın ən yaşlı kişisi ispaniyalı Saturnino de la Fuerte 113-cü ad gününə günlər qalmış vəfat edib.
1764774

TRT-nin İspaniyanın “EFE” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə dünən evində vəfat edən Saturnino De la Fuerte 113 yaşında idi. De la Fuerte sentyabrın 10-da 112 yaş 211 günlük yaşı ilə “dünyanın ən uzunömürlü adamı” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bildirilir ki, De la Fuerte Leon şəhərində yeni növ koronavirus Covid-19 əleyhinə peyvənd vurulan ilk insan olub. 8 övladı, 14 nəvəsi və nəvələrinin 22 övladı olan De la Fuertenin bu gün dəfn mərasimi keçiriləcək.
Әlaqәli Xәbәrlәr

Fələstinli tələbə Entoni Blinkenin əlini sıxmaqdan imtina edib
ABŞ-ın Vaşinqtondakı Corctaun Universitetində məzunların təqdimat mərasimi keçirilib.