O, sikkə pula basılan ilk Afrika köklü qadın oldu

BBC-nin xəbərinə görə...

1760885
O, sikkə pula basılan ilk Afrika köklü qadın oldu

 

  Amerikalı şairə Maya Angelou dörddə bir sikkəlik pula basılan ilk Afrika köklü qadın oldu.

  BBC-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi şairə Maya Angelou adına dörddə bir sikkə olan 25 sentlik pul basıb. Sikkələrin dövriyyəyə çıxması ilə tarixdə ilk dəfə bir Afrika mənşəli qadının adı və şəkli sikkədə görünmüş sayılır.

  Şairə və ictimai xadim Maya Angelou həm də Bil Klintonun Ağ Evdə 1993-cü ildəki andiçmə mərasimində yazdığı şeiri səsləndirən ilk Afrika köklü qadındır.

  Qeyd edək ki, alim, astronavt, qəbilə şefi, ictimai xadim və aktrisalar da daxil olmaqla, lider qadınların şəkillərinin sikkələrə basılması "American Women Quarters" proqramı çərçivəsində həyata keçirilir.

  İctimai fəal, şairə və yazıçı Maya Angelou 2014-cü ildə 86 yaşında vəfat edib.  



Әlaqәli Xәbәrlәr