47 ildən sonra Batman bantlı zibilyığan ortaya çıxdı

Dünyanın ən çox axtarılan 10 balıq növündən olan Batman bantlı zibilyığan balığını təsbit etdikləri ilə bağlı C.Kaya deyib...

1759164
47 ildən sonra Batman bantlı zibilyığan ortaya çıxdı
batman balik.jpg
batman balik.jpg

 

  Amerikalı aktyor Leonardo de Kaprio 7 dildə çıxan “Mongabay” qəzetinin axtarılan 10 balıq növündən olan Batman bantlı zibilyığan balığının (Paraschistura chrysicristinae) 47 illik aradan sonra Türkiyənin Batman rayonunun Sason çayında göründüyü xəbərini paylaşıb.

  Sasonda araşdırma aparan Rize Rəcəb Tayyib Ərdoğan Universiteti Su Məhsulları fakültəsinin dosenti Cüneyd Kaya və müəllim Münəvvər Oral 47 illik fasilədən Batman bantlı zibilyığan balığı aşkar ediblər.

  Dünya Təbiəti və Təbii Qaynaqları Qoruma Birliyi (İUCN) tərəfindən qırmızı siyahıya salınaraq nəslinin tükəndiyi bildirilən, “Shoal” Təbiət Qoruma Təşkilatı tərəfindən dünyanın ən çox axtarılan 10 balıq növündən olan Batman bantlı zibilyığan balığını təsbit etdikləri ilə bağlı C.Kaya deyib: “Sarım dərəsi və Sason çayındakı ərazilərdə bu balığa rast gəldik. Həqiqətən çox sevindirici anlar idi. Bundan sonrakı işimiz bu balığı qoruyub nəslini artırmaqdır. Söhbət dünya təşkilatları tərəfindən qırmızı siyahıya salınmış bir balıqdan gedir. Bu balığı qorumaq üçün artıq bölgədə xüsusi işlər görməyi planlaşdırdıq”.

  Qeyd edək ki, Leonardo de Kaprionun Batman bantlı zibilyığan balığı ilə bağlı paylaşdığı xəbər məşhur aktyorun 19 milyon 500 min təqibçisi tərəfindən oxunub.



Әlaqәli Xәbәrlәr