Yerin yaxınlığından nəhəng və təhlükəli asteroid keçəcək

Bir kilometr uzunluğunda olan  və potensial təhlükəl vəd  edən  nəhəng astroid gələn həftə Yerin yaxınlığından keçəcək.

1757356
Yerin yaxınlığından nəhəng və təhlükəli asteroid keçəcək

ABŞ-dakı Empire State Building-in uzunluğundan təxminən 2,5 dəfə uzun olan və “(7482) 1994 PC1”  adlandırılan göy cismi yerdən təxminən 1,93 milyon kilometr məsafədən keçəcək. Alimlərə görə  Aydan 5,15 dəfə uzaq məsafədən reallaşması gözlənilən astroid keçidi təhlükə yaratmayacaq.

Xatırladaq ki, “(7482) 1994 PC1” ilk dəfə 1994-cü ildə astronom Robert McNaught tərəfindən Avstraliyadakı rəsədxanada kəşf edildi.



Әlaqәli Xәbәrlәr