Əsrin sonuna qədər istilik 2.4 dərəcə arta bilər

Qlobal temperatur artımı əsrin sonuna kimi 2,4 dərəcəyə çatacaq.

1731910
Əsrin sonuna qədər istilik 2.4 dərəcə arta bilər

Qeyd olunur ki, bu səviyyədə artım nəzərdə tutulan 1,5 dərəcə artımdan xeyli yuxarıda olduğu üçün fəlakətlərə səbəb ola bilər.  

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının  Qlazqo şəhərində keçirilən 26-cı Tərəflər Konfransında (COP26) hökumətlərin karbonun azaldılması ilə bağlı öhdəliklərinə baxmayaraq, Yer kürəsinin Paris İqlim Sazişində müəyyənləşdirilən nisbətdən daha çox istiləşəcəyi proqnozlaşdırılır. Qlazqoda nəşr olunan araşdırmada ölkələr tərəfindən qoyulan qısamüddətli hədəflərə görə, bu əsrin sonuna qədər temperatur artımı 2,4 dərəcə  olacaq. Bu  da  COP26 danışıqlarında proqnozlaşdırılan  1,5 dərəcə həddi   ödəcəyi  mənasını  verir.  Bu səviyyənin artması dəniz səviyyəsinin qalxmasına, quraqlığa, daşqınlara, istilik dalğalarına və daha şiddətli tufanlara səbəb ola bilər.

Xatırladaq ki, Paris İqlim Sazişi  ilə  ölkələr qlobal temperatur artımını Selsi üzrə 2 dərəcədən "çox aşağı" olacaq  nisbətdə  məhdudlaşdırmağı  vəd  ediblər.



Әlaqәli Xәbәrlәr