Kapadokyanı ziyarət edən turist sayında rekord artım

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən Kapadokya ilin 10 ayında 1 milyon 917 min 657 yerli və xarici turistdə ev sahibliyi edib.

1729923
Kapadokyanı ziyarət edən turist sayında rekord artım

Pəri bacaları, qayalara oyulmuş tarixi tikililəri, yeraltı şəhərləri və müxtəlif əyləncə tədbirləri  ilə dünyanın hər yerindən turistləri cəlb edən Kapadokya, keçən il Covid-19 əleyhinə  mübarizə çərçivəsində  bir sıra  məhdudiyyətlərin tətbiqinə  baxmayaraq 874 min 424 turistdə ev sahibliyi etdi. Lakin cari ilin  müvafiq dövründə ziyarətçi sayında  rekord artım qeydə alındı. Bildirilir ki, Kapadokyanı  bu ilin 10 ayında  ziyarət edənlərin sayı  1 milyon 917 min 657-yə çatıb.



Әlaqәli Xәbәrlәr