“Google” yenə Türkiyənin respublika quruluşunu yada saldı

“Doodle” basıldığında istifadəçilər 29 Oktyabr Türkiyə Cümhuriyyət Bayramı ilə bağlı məlumat və xəbərlərin olduğu səhifəyə yönəldilir

1726528
“Google” yenə Türkiyənin respublika quruluşunu yada saldı

 

  İnternetdə axtarış mühərriki “Google” Türkiyənin respublika quruluşunun 98-ci ildönümü ilə əlaqədar loqo hazırladı.

  “Google” 29 oktyabrda üz səhifəsindəki xüsusi "doodle" ilə Cümhuriyyət Bayramını təbrik edir.

  “Doodle” basıldığında istifadəçilər 29 Oktyabr Türkiyə Cümhuriyyət Bayramı ilə bağlı məlumat və xəbərlərin olduğu səhifəyə yönəldilir.

  Qeyd edək ki, “doodle”un məqsədi dünya ölkələri üçün əhəmiyyətli gün və tətillər, mədəni hadisə və mühüm əlamətdar tarixlərinə diqqət çəkmək  hər kəslə paylaşaraq diqqəti çəkməkdir. İnternet istifadəçiləri xüsusi dizaynlı loqonun üstünə basaraq o günə, o adama və ya o mövzuya aid ayrıntılı məlumatlar əldə edə bilir.



Әlaqәli Xәbәrlәr