11 oktyabr - Beynəlxalq Qızlar Günü

Beynəlxalq Qızlar Günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər tərəfindən qəbul edilmiş və hər il oktyabr ayının 11–dən qeyd olunmağa başlanmışdır.

824938
11 oktyabr - Beynəlxalq Qızlar Günü
erdogan kiz cocuk.jpg

Əvvəlcə, Türkiyə, Kanada Peru tərəfindən qəbul edilən bu gün getdikcə digər dünya ölkələri tərəfindən də qeyd edilməkdədir.
Beynəlxalq Qızlar Gününün məqsədi qız və oğlan uşaqları arasında davam edən ayrı-seçkiliyə diqqət cəlb etmək və bunun qarşısını almağa təşviq etməkdir. 2012-ci ildə başlanılan bu hərəkatın ilk devizi "uşaq nikahları" olmuşdur. 2013-ci ilin əsas mövzusu isə BMT tərəfindən "təhsil" kimi müəyyənləşdirilmişdir.
BMT ən nüfuzlu beynəlxalq missiya kimi uşaqlara qarşı ayrı-seçkiliyin bariz şəkildə müşahidə edildiyi təhsil, qidalanma, səhiyyə, şiddət vs. bu kimi sahələrdə müvafiq qurumlar və qeyri-hökumət təşkilatlarının səylərini istiqamətləndirərək qız uşaqlarının həyatı üçün fərqlilik yaratmağa təşviq edir.
Axı əsas ədalət və bərabərlik qanunları insanların həyatında uşaq yaşlarından başlayır. Bu məqsədlə həyata keçirilən ictimai məlumatlanma, təhsil, xüsusən, qız uşaqları üçün çox əhəmiyyətlidir. 

Hazırda dünyada 1,1 milyarddan çox qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondan çoxdur. Ümumiyyətlə, dünyada 700 milyondan çox qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.

 

 



Әlaqәli Xәbәrlәr