ABŞ ötən il hərbçilər arasında intiharların artığını bildirib

ABŞ ötən il hərbçilər arasında intiharların artaraq 580-ə çatdığını açıqlayıb.

1713219
ABŞ ötən il hərbçilər arasında intiharların artığını bildirib

ABŞ ötən il hərbçilər arasında intiharların artaraq 580-ə çatdığını açıqlayıb.

Pentaqonun illik məruzəsində bildirilib ki, 2020-ci ildə 580 hərbçi özünə qəsd edib.

Bildirilib ki, ötən il hərbi hissələrdə 384 hərbçi, o cümlədən quru qoşunlarında - 175, Hərbi Hava Qüvvələrində - 81, Hərbi Dəniz Qüvvələrində - 66 və Piyada Dəniz Qoşunu Korpusunda 62 nəfər özünə qəsd edib. Eyni zamanda Milli qvardiyanın və ehtiyatda olan döyüşçülər arasında 196 intihar qeydə alınıb.

ABŞ -ın müdafiə naziri Lloyd Ostin hesabatla bağlı açıqlama verib.

"Nəticələr narahatlıq doğurur. Əsgərlərimiz və ailələri arasında intihar halları hələ də çox yüksəkdir və meyllər düzgün istiqamətdə getmir" deyə Ostin vurğulayıb.

Əvvəlki analoji sənədlərə əsasən 2018-ci ildə Amerikanın 541, 2019-cu ildə 498 hərbi qulluqçusu intihar edib.



Әlaqәli Xәbәrlәr