Hindistanda koronavirusdan 75 qat daha ölümcül virus aşkarlanıb

Hindistanda  yeni tip koronavirusdan 75 qat daha ölümcül olan  Nipah virusuna yoluxmuş bir uşaq həyatını  itirib.

1703953
Hindistanda koronavirusdan 75 qat daha ölümcül virus aşkarlanıb

Bu barədə "The Sun" qəzetində məlumat yayılıb.

Qəzetin  xəbərinə   görə  Polis  yarasalardan  yayılan   virusa   yoluxaraq  həyatını  itirən uşağın evinin ətrafını mühasirəyə salıb. Malappuram və Kannurda həyəcan vəziyyəti elan edilib. Ölən uşaqla təmasda olan 188 nəfərin kimliyi müəyyən edilib. Onlardan 20-nin  vəziyyəti  ağırdır. 

Kerala səhiyyə naziri Veena George, infeksiyanın şənbə günü Milli Virologiya İnstitutu (NIV) tərəfindən təsdiqləndiyini bildirib.

Qeyd edilir ki, Nipah, yeni tip koronavirusdan (Kovid-19) 75 qat daha ölümcüldür. Şiddətli beyin şişməsi, qusma və qəş etmək  kimi simptomlarla özünü göstərən virusun potensial olaraq pandemiyaya səbəb ola biləcəyindən təşviş duyulur.  



Әlaqәli Xәbәrlәr