“Gündoğar ölkə”nin ən yaşlı monarxı

Yaponiya Saray Dəftərxanası xəbər verir ki...

1701616
“Gündoğar ölkə”nin ən yaşlı monarxı

 

  Yaponiyanın Fəxri İmperatoru Akihito “Gündoğar ölkə”nin ən yaşlı monarxı olacaq.

  Yaponiya Saray Dəftərxanası xəbər verir ki, hazırda istefada olan 87 yaşlı Fəxri İmperator 32 min 31 gün bundan əvvəl dünyaya gəlib. Onun atası sabiq İmperator Şyova (Hirohito) dünyasını düz həmin yaşda olarkən dəyişib.

  Rəsmi mənbələrə görə, XVII əsrdə yaşamış 108-ci İmperator Qomizuno ilə 1985-ci il iyulun 12-də ömrünün uzunluğuna görə müqayisə edilən İmperator Şyova bu münasibətlə heç bir təntənəli mərasimin keçirilməməsini xahiş etmişdi.

  Fəxri İmperator son vaxtlar koronavirusun yeni növlərinin yaranmasından və bunun nəticəsində Yaponiyada çox sayda insanın həyatını itirməsindən narahatlığını ifadə edib. Onun uzunömürlülüyü ilə əlaqədar heç bir təntənəli mərasim keçirilməyəcək.



Әlaqәli Xәbәrlәr