Ən tənbəl adam müəyyən olundu

Monteneqroluların tənbəl axtarışına çıxaraq təşkil etdikləri yarışa bu il əvvəlkilərdən fərqli olaraq iştirakçılara 8 saatda bir tualetə getmələrinə icazə verilib

1697329
Ən tənbəl adam müəyyən olundu

 

  Monteneqroda bu il 8 iştirakçıyla 20 avqustdan başlayan yarışda "Ən tənbəl vətəndaş" adını qazanan iştirakçı 117 saat yatan Duda Aleksic oldu.

  Heç bir şey etməyərək təxminən 3 min Türkiyə lirəsi (300 avro) dəyərində mükafat qazanan Aleksic Avropada bənzəri olmayan yarışda 117 saat yataraq yeni rekord qırdı.

  Yarışın qaydalarına görə, iştirakçıların yatmalarına, yemək-içmə ehtiyaclarını qarşılamalarına, kitab oxumalarına və telefon istifadə etmələrinə icazə verilir, ayağa qalxmalar isə qayda pozuntusu sayılır.

  Monteneqroluların tənbəl axtarışına çıxaraq təşkil etdikləri yarışa bu il əvvəlkilərdən fərqli olaraq iştirakçılara 8 saatda bir tualetə getmələrinə icazə verilib.

  Qeyd edək ki, əvvəlki yarışda ən uzun yatma rekordu 52 saat olaraq qeydiyyata düşmüşdü.



Әlaqәli Xәbәrlәr