Ən uzun məsafəli bu köçün səbəbi nədir?

“Xinhua” xəbər agentliyinin məlumatına görə...

1688908
Ən uzun məsafəli bu köçün səbəbi nədir?

 

  Çində təbii qoruqlarından uzaqlaşan 14 vəhşi Asiya filinin irəlilədiyi Yunnan əyalətində 150 mindən çox adam ərazidən çıxarılıb.

  Təbii qoruqlarından təxminən bir il yarımdır uzaqda olan 14 vəhşi Asiya fili geri dönür və öz sahələrinə 200 kilometr yaxınlıqdadır.

  “Xinhua” xəbər agentliyinin məlumatına görə, fillərə nəzarət edən qrupun rəhbəri Van Yun (Vang Yong) sürünün istiqamətləndirilərək Yüentsyan (Yüenciang) çayını keçdiyi və cənuba doğru irəliləməyə davam etdiyini söyləyib.

  Təxminən 17 aydır qoruqlarından aralıda olan fillər məskunlaşdıqları yerlərdə hər hansı bir zərər verməmələri üçün 150 mindən çox adam müvəqqəti olaraq ərazidən çıxarılıb.

  Fillərə köç yolu boyunca 180 min ton yemək təmin edilib və bu heyvanlar 25 mindən artıq polis tərəfindən pilotsuz uçan aparatlarla (PUA) izlənilir.  

  PUA-lar fil sürüsüsünün qapıları parçaladıqları, dükanlara zərər yetirdiyi, yeməkləri oğurladığı, kanalda yuyunduqları və meşənin ortasında yatdıqlarını görüb.

  Çində fillərin ən uzun məsafəli köçü sayılan bu hadisənin səbəbi araşdırılır.   



Әlaqәli Xәbәrlәr