Dünyada ən çox endirilən internet proqramı

BBC-nin xəbərinə görə...

1689337
Dünyada ən çox endirilən internet proqramı

 

  “TikTok” 2020-ci ildə dünyada ən çox endirilən proqram oldu.

  BBC-nin xəbərinə görə, rəqəmsal analitik “App Annie” şirkəti Çinin video paylaşma proqramı olan “TikTok”un 2020-ci ildə “Facebook Messenger”dən qabağa keçərək “Ən çox endirilən proqram” olduğunu bildirib.

  “TikTok” siyahıda dünyada ən çox endirilən ilk 5-likdə “Facebook”a aid olmayan tək platformadır.   

  Ən çox endirilən ilk 5 proqram arasında “WhatsApp”, “İnstagram” və “Facebook Messenger” var.

  Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp 2020-ci ildə ölkədə “TikTok” yükləmələrini qadağan edən fərman imzalamışdı. “TikTok”un milli təhlükəsizlik təhdidi yaratdığını bildirən Tramp hökuməti Çinin bu sayədə istifadəçi məlumatları əldə etdiyini demişdi. Amma şirkət bu iddiaları dəfələrlə yalanlamışdı.

  Co Bayden (Joe Biden) 2021-ci ilin yanvarında prezident olduqdan sonra Trampın bu qərarını qaldırıb.  



Әlaqәli Xәbәrlәr