5 Avqust – Beynəlxalq İşıqfor Günüdür

Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur

1680513
5 Avqust – Beynəlxalq İşıqfor Günüdür

 

  Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün ABŞ-in Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü.

  Əslində ilk işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad etmişdir. Bu qurğu 1868-ci ildə Londonda parlament binası qarşısında quraşdırılmışdır. Üç ildən sonra onun fənəri partlamış və polis işçisini yaralamışdır. Bu hadisədən sonra işıqfor, demək olar ki, 50 il unudulmuşdur.

  1910-cu ildə ilk ikirəngli fənərə malik avtomat işıqfor qurğusu hazırlanmış və patentləşdirilmişdir.

  Müasir işqforlara bənzər üçrəngli qurğuları ilk dəfə 1920-ci ildə Detroyt və Nyu-York sakinləri görmüşlər.
Zaman keçdikcə işıqforlar Amerikanın və Avropanın bir çox şəhərlərində populyarlıq qazanmışdır.

  İşıqfor – mexaniki nəqliyyat vasitələrinin, həmçinin piyada keçidlərindəki insanların və yol hərəkətinin digər iştirakçılarının hərəkətini tənzimləmək üçün nəzərdə tutulan optik siqnalizasiya qurğusudur.

  İşıqfor həmçinin dəmir yollarında və gəmiçilikdə də istifadə olunur.

  2010-cu ildə Rusiyanın Perm şəhərində işıqfora abidə qoyulmuşdur.



Әlaqәli Xәbәrlәr