Supermarketdə ayağı sürüşərək yıxılan müştəriyə rekord təzminat

Yaponiyada bir supermarket, ərzaq bölməsində alış -veriş edərkən sürüşərək yıxılan müştəriyə 21 milyon yen (190.000 dollar) təzminat ödəyəcək.

1685376
Supermarketdə ayağı sürüşərək yıxılan müştəriyə rekord təzminat

Tokionun cənub -şərqindəki Kanaqava ştatında bir supermarketin meyvə və tərəvəz bölməsində kahı alan müştəri sürüşərək yıxıldı. Hadisə nəticəsində yaralanan 60 yaşlı kişi, zəmin yaş olduğu üçün ayağının  sürüşdüyünü və yaralandığını irəli sürərək supermarketdən təzminat tələb etdi. Tokio Rayon Məhkəməsi, hadisədən sonra açılan və 5 il davam edən işin son iclasında nəhai qərarını açıqladı. Hakimlər Şurasının sədri Yukio Şinada, maruldan damlayan suyun zəmini nəmləndirdiyini və supermarket rəhbərliyinin bu vəziyyətdən xəbərdar olduğunu, lakin lazımi tədbirləri görmədiyini səbəb göstərərək, supermarketi müştərisinə 21 milyon yen (190.000 dollar) təzminat ödəməyə məhkum etdi.

 

 



Әlaqәli Xәbәrlәr