Çin uşaqların internet oyun oynamasını məhdudlaşdırır

“Tencent” şirkətinin "Honor of Kings" adlı məşhur oyununun yetkin olmayan uşaqlar arasında asılılıq səviyyəsində oynandığı və bəzilərinin sözügedən oyunu gündə 8 saat oynadığı bildirilib

1685039
Çin uşaqların internet oyun oynamasını məhdudlaşdırır

 

  Çinin ən böyük oyun şirkəti “Tencent” reaksiyalarla əlaqədar kiçik uşaqların internet oyun oynamasını məhdudlaşdırır.

  “Xinhua” xəbər agentliyinin məlumatına görə, “Economic İnformation Daily” qəzetində dərc olunan məqalədə “Tencent” şirkətinin "Honor of Kings" adlı məşhur oyununun yetkin olmayan uşaqlar arasında asılılıq səviyyəsində oynandığı və bəzilərinin sözügedən oyunu gündə 8 saat oynadığı bildirilib.

  "Ruhi tiryək" kimi olan oyunun yüz milyardlar dəyərində bir sənaye halına gəldiyinin altı cızılaraq heç bir sənayenin “bir nəsli yox edəcək şəkildə inkişafı”na icazə verilməməli olduğu vurğulanıb.

  Oyun şirkətinə qarşı ciddi tənqidi məqalənin dərcindən sonra şirkət səhmləri 11 faiz dəyər itkisinə uğrayıb.

  “Tencet” şirkətindən edilən şərhdə yetkinlik yaşına çatmayan uşaqların oyun oynama müddətinin gündə 1, tətil günlərində isə 2 saat olaraq məhdudlaşdırılacağı, 12 yaşdan aşağı uşaqların oyun içində satınalma işləri görə bilməyəcəkləri qeyd edilib.

  Onlayn yayılan məqalə daha sonra saytdan qaldırılıb.

  Çindəki qanunlara görə, 18 yaşdan aşağı olan istifadəçilər gündə ən çox 1,5 saat, tətil günlərində isə 3 saat onlayn oyun oynaya bilər.



Әlaqәli Xәbәrlәr