Dünyanın ən dərin və riskli kanyonları Türkiyədə

Türkiyənin Kastamonu rayonunun Pınarbaşı qəsəbəsində olan "Vallah" və "Horma" kanyonları hər kəsin marağına səbəb olur

1679879
Dünyanın ən dərin və riskli kanyonları Türkiyədə

 

  Dünyanın ən dərin ikinci kanyonu sayılan "Vallah" (Vallah) və bir ucundan digər ucuna 3 kilometrlik taxta döşəmələrlə keçilən "Horma" kanyonları ətrafdakı bütün təbii gözəllikləri seyr etməyə tam imkan verir və insanı özünə çəkir.

  Türkiyənin Kastamonu rayonunun Pınarbaşı qəsəbəsində olan "Vallah" və "Horma" kanyonları hər kəsin marağına səbəb olur.  

  Dərinliyi bəzi yerlərdə 200 metrə çatan, riskli keçidləri ilə “Ən çətin kanyonlar” arasında göstərilən, təxminən 12 kilometrlik “Vallah” kanyonu seyr balkonları ilə qonaqlarına təbiətin əsrarəngizliyini izləmə fürsəti verir.

  Pınarbaşının Muratbaşı kəndi Kanlıçay tərəfindən girilən “Vallah” kanyonundan dönmək mümkün olmadığından çıxış ancaq 12 kilometr getdikdən sonra Cide qəsəbəsinin Loç Vadisi Hamitli kəndindən olur.

  Zarı çayının üzərində əsrlərdir yerləşən Horma kanyonu isə qayalara mismarlarla montajlanaraq 3 kilometrlik taxta döşəmələrlə bir ucundan digər ucuna qədər gediləcək vəziyyətə gətirilib. Təxminən 3,5 kilometrlik kanyonu keçdikdən sonra İlıca şəlaləsinə çatan suyun 10 metr yüksəklikdən tökülməsiylə yaranan təbii hovuz da bölgəni gəzənlərin ruhunu oxşayır.



Әlaqәli Xәbәrlәr