Britni azadlığı üçün atasını məhkəməyə verdi

13 ildir sürən qəyyumluğun bitməsi üçün hüquq mübarizəsi boyu səhnəyə çıxmayacağını açıqlayan məşhur ulduz sosial mediadan yazıb...

1677071
Britni azadlığı üçün atasını məhkəməyə verdi

 

  Dünyaşöhrətli müğənni Britni Spirs (Britney Spears) bütün həyatı və karyerasının atası Ceymi Spirsin (Jamie Spears) idarəsində olmasından narahatdır.  

  13 ildir sürən qəyyumluğun bitməsi üçün hüquq mübarizəsi boyu səhnəyə çıxmayacağını açıqlayan məşhur ulduz sosial mediadan yazıb: "Atam nə geydiyimi, nə söylədiyimi, nə etdiyimi düşündükcə mən heç bir səhnədə çıxış etməyəcəyəm. Həyatımın müstəqil idarəsini yenidən istəyirəm. Yaşadığım vəziyyət xəyallarımı öldürdü”.

  Qeyd edək ki, pop ulduzun atası Ceymi Spirs 2008-ci ildə alınan məhkəmə qərarından bəri qızına aid 60 milyon dollarlıq mülkün idarəsinə sahibdir.

  Spirsin üsyanına pərəstişkarları dəstək verərək "Britniyə azadlıq” nümayişləri təşkil edir.

  Britni Spirsin məhkəməsi 29 sentyabrda olacaq.



Әlaqәli Xәbәrlәr