Zibillikdən iki bahalı tablo tapıldı

Hər iki tablo mütəxəssislər tərəfindən araşdırılıb və...

1661302
Zibillikdən iki bahalı tablo tapıldı

 

  Almaniyanın Köln şəhərində şosedəki bir zibil konteynerində 17-ci əsrə aid iki rəsim tapılıb. Hər iki tablo mütəxəssislər tərəfindən araşdırılıb və ilkin fikrə görə, onların orijinal olma ehtimalı çox yüksəkdir.

  Köln polisi qədim rəsimlərin sahibini tapmaq üçün müraciət edib.

  Məlumata görə, qiymət qoyulmayan rəsimlərdən biri İtaliya rəssamı Pietro Bellotti, digəri Hollandiya rəssamı Samuel van Huqstratenə (Hoogstraten) aiddir.

  Məşhur İtaliya rəssamı Pietro Bellottiyə aid olduğu bildirilən tablonun rəssamın öz avtoportreti olduğu və 1665-ci ildə çəkildiyi söylənilir.

  1627-1700-cü illərdə yaşamış Bellotti Venesiyada zəngin bir ailənin himayəsində qiymətli əsərlər yaradan rəssam kimi tanınıb.

  Hollandiya rəssamı Samuel van Huqstratenə aid olan digər tablo isə gülümsəyən uşaq şəklidir. Portret ustası olan Huqstraten Rembrandtın şagirdi olub.  



Әlaqәli Xәbәrlәr