“Mona Liza” kopyası ən yüksək qiymətə satıldı

“Mona Liza” tablosunu alan adam illərlə əlindəki kopyanın orijinal olduğunu iddia edib

1661249
“Mona Liza” kopyası ən yüksək qiymətə satıldı

 

  Fransanın paytaxtı Parisdə İtaliya rəssamı Leonardo de Vinçiyə məxsus məşhur "Mona Liza" tablosunun kopyası hərracda 2 milyon 900 min avroya satıldı. Bu, dünyada bir “Mona Liza” kopyasına ödənən ən yüksək dəyərdir.

  17-ci əsrdə çəkilən əsər ilk dəfə 1953-cü ildə Fransadakı bir antikvar dükanında satılıb. “Mona Liza” tablosunu alan adam illərlə əlindəki kopyanın orijinal olduğunu iddia edib. Ancaq rəsmi araşdıran mütəxəssislər bunun doğru olmadığını açıqlayıblar.

  Qeyd edək ki, 11 iyunda hərraca çıxarılan “Mona Liza” tablosunun kopyasına 200-300 min avro arası qiymət qoyulmuşdu, 2 milyon 900 min avroya satılıb.



Әlaqәli Xәbәrlәr